​Bakı üzrə dövlət qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərin sayı açıqlanıb

​Bakı üzrə dövlət qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərin sayı açıqlanıb Təqaüd təyin olunan hər nəfərə düşən orta aylıq məbləğ 142,67 manat təşkil edib
Sosial müdafiə
18 Aprel , 2016 09:14
​Bakı üzrə dövlət qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərin sayı açıqlanıb

Bakı. 18 aprel. REPORT.AZ/ Bakı şəhəri və rayonları üzrə Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərən və buna görə təqaüd təyin olunan şəxslərin sayı ötən ilin əvvəllində 13 726 nəfər olub.

Bu barədə "Report"a Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Təqaüd təyin olunan hər nəfərə düşən orta aylıq məbləğ isə 142,67 manat təşkil edib.

2013-cü ilin əvvəlinə Bakı şəhəri və rayonları üzrə Azərbaycan Respublikası qarşısında göstərdiyi xidmətlərə görə, təqaüd təyin olunan şəxslərin sayı 9387 nəfər, hər adama düşən orta aylıq məbləğ 143,54 manat, 2014-cü ilin əvvəlinə təqaüd təyin olunanların sayı 9518 nəfər, bir nəfərə düşən təqaüd məbləği isə 159,47 manat olub.

Qeyd edək ki, Bakı şəhərinin yekunlarına, həmçinin dövlət sosial xidmətindən təqaüd alan xaricdə yaşayan vətəndaşlar da daxil edilib. 

Son xəbərlər

Orphus sistemi