Bakı polisi: Binaların eyvanında paltarqurutma ənənəsinə son qoyulmalıdır

Bakı polisi: Binaların eyvanında paltarqurutma ənənəsinə son qoyulmalıdır Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda səkiləri zəbt edənlərə xəbərdarlıq edib.
Sosial müdafiə
8 İyul , 2019 17:30
Bakı polisi: Binaların eyvanında paltarqurutma ənənəsinə son qoyulmalıdır

Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda səkiləri zəbt edənlərə xəbərdarlıq edib.

İdarədən "Report"a verilən məlumata görə, antisanitar vəziyyət, piyada səkilərinin təyinatı üzrə istifadəsinə etinasız münasibət, yaşayış binalarının fasadlarında asılan qurutma zivələri cəmiyyəti narahat edir. 

Bildirilib ki, şəhərin görünüşünə xələl gətirən hallarla bağlı ayırı-ayrı paytaxt sakinləri tərəfindən polisə daxil olan müraciətlərdə ekologiyanın və ətraf mühitin mühafizəsi, piyada səkilərinin zəbt olunması məsələsi diqqət mərkəzindədir. 

"Vətəndaş müraciətlərini nəzərə alaraq, paytaxt sakinlərindən xahiş olunur ki, piyada səkilərini təyinatı üzrə istifadə etməklə, dayanma-durma qaydalarının tələblərinə əməl etsinlər, avtomobilləri piyada səkilərində saxlamasınlar, şəhərin təmizliyinə həssas yanaşsınlar, binaların fasadlarında paltar qurutma ənənəsinə son qoysunlar. Sadalanan halların nümunəvi təminində və həyata keçirilməsində hər bir paytaxt sakinini, qonaqları fəal iştiraka çağırırıq", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi