Bakı metrosunun sərnişinləri monitorların fəaliyyətindən narazıdır, məsələ nəzarətə götürüldü

Bakı metrosunun sərnişinləri monitorların fəaliyyətindən narazıdır, məsələ nəzarətə götürüldü Bakı metrosunun sərnişinləri platformalarda quraşdırılan monitorların fəaliyyətindən narazıdırlar.
Sosial müdafiə
10 Oktyabr , 2019 10:28
Bakı metrosunun sərnişinləri monitorların fəaliyyətindən narazıdır, məsələ nəzarətə götürüldü

Bakı metrosunun sərnişinləri platformalarda quraşdırılan monitorların fəaliyyətindən narazıdırlar.

“Report” xəbər verir ki, şikayətçilər monitorlarda reklam çarxlarının ekranda uzun müddət qaldığını və istiqaməti təyin edə bilmək üçün uzun zaman gözləməli olduqlarını bildirib.

“İstiqamət ekranlarında reklamlar bitmək bilmir ki, biz də yönümüzü tapaq çıxaq”, - deyə, sərnişinlərdən biri qeyd edib.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov “Report”a bildirib ki, monitorlardakı reklamlar 10 saniyədən çox qalmır: “Lakin reklam sosial əhəmiyyətlidirsə, bu zaman 20 saniyədən çox olmur. Divarlarda statik məlumat lövhələri də yerləşdirilib ki, sərnişinlər onlardan da istifadə edə bilərlər. İşçilərimizin böyük əksəriyyəti sərnişinlərin istiqaməti onlardan soruşduğunu, yəni nə monitordan, nə də statik lövhələrdən istifadə etdiyini bildiriblər. İstənilən halda bu məsələ nəzarətə götürülüb. Müvafiq şöbə ilə müşahidə və müzakirələr aparılacaq. Sərnişin rahatlığı əsas vəzifəmizdir. Ümumiyyətlə davamlı olaraq bu və digər məsələlərlə bağlı monitorinqlər edilir".

Son xəbərlər

Orphus sistemi