Bakı metropolitenində fləşmob keçirilib - VİDEO

Bakı metropolitenində fləşmob keçirilib - VİDEO Bakı. 16 aprel. REPORT.AZ/ Bakı metrosunda növbəti sosialyönümlü aksiya keçirilib. Budəfəki tədbirin mövzusu Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubilieyi olub.
Sosial müdafiə
16 Aprel , 2018 10:23
Bakı metropolitenində fləşmob keçirilib - VİDEO

Bakı. 16 aprel. REPORT.AZ/ Bakı metrosunda növbəti sosialyönümlü aksiya keçirilib. Budəfəki tədbirin mövzusu Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubilieyi olub.

Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-dən bildirilib. 

Məlumata görə, qırmızı xətdə hərəkət edən sərnişin qatarında fləşmob keçirilib. Fləşmobda ümummilli lider Heydər Əliyevin dilindən Səməd Vurğunun məşhur "Azərbaycan" şeirinin bir bəndi səsləndirilib. Daha sonra fləşmob iştirakçıları həmin şeirdən bir neçə bənd ifa ediblər.

Fləşmob ulu öndərin "...Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamının qatarda səsləndirilməsi ilə yekunlaşaraq, sərnişinlərin sürəkli alqışına səbəb olub.

Son xəbərlər

Orphus sistemi