Yuxarı

Bakı əhalisinin sayı açıqlanıb

Bakı əhalisinin sayı açıqlanıb

Bakı. 30 avqust. REPORT.AZ/ Bakı əhalisinin sayı açıqlanıb. 

Bakı Şəhər Statistika İdarəsindən "Report"a verilən məlumata görə, ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 7,1 min nəfər artaraq iyul ayının 1-i vəziyyətinə 2269,7 min nəfərə çatıb. 

Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 1060 nəfər olub.

Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 14570 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,0 təşkil edir. 

Doğulan körpələrin 156 nəfəri əkiz,2 -si üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,5 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 110 oğlan düşür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi