"Bakı-2017" könüllüləri üçün “Şəxsi inkişaf görüşləri" keçirilib

"Bakı-2017" könüllüləri üçün “Şəxsi inkişaf görüşləri" keçirilib Tədbirdə 400 könüllü iştirak edib
Sosial müdafiə
17 Mart , 2017 18:24
Bakı-2017 könüllüləri üçün “Şəxsi inkişaf görüşləri keçirilib

Bakı. 17 mart. REPORT.AZ/ "Bakı-2017" könüllüləri üçün “Şəxsi inkişaf görüşləri" keçirilib.

"Report" xəbər verir ki, tədbir Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yerləşən Könüllülər Mərkəzində baş tutub.

Görüş Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və "ASAN Könüllüləri" Təşkilatının birgə tərəfdaşlığı "Zirə" futbol klubunun və Ekvita şirkətinin dəstəyi ilə keçirilib.

Tədbir çərçivəsində "Zirə" futbol klubunun baş məşqçisi Ayxan Abbasov, EKVİTA şirkətinin icraçı partnyoru İlqar Mehti və "ASAN Könüllüləri" Təşkilatının sədri Bəxtiyar İslamov çıxış edərək könüllülük fəaliyyətinin və beynəlxalq səviyyəli idman yarışlarının önəmindən danışaraq, "Bakı 2017" könüllülərinə faəliyyətlərində uğurlar arzulayıblar.

Tədbirin keçirilməsində məqsəd könülülərə bu fəaliyyətin önəmini anlatmaq və "Bakı 2017" könüllülərinə Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində "ASAN Könüllüləri"nin və tərəfdaş şirkətlərinin dəstəyini nümayiş etdirmək olub.

Qeyd edək ki, “Şəxsi inkişaf görüşləri" çərçivəsində tədbirdə iştirak edən ilk 400 könüllüyə www.asanmektub.az layihəsinə dəstək məqsədi ilə yazılmış “Könüllülük: uğur formulu” kitabı "Zirə" futbol klubu və Ekvita şirkəti tərəfindən Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində və Novruz bayramı münasibəti ilə hədiyyə olunub.

Son xəbərlər

Orphus sistemi