Bahar Muradova BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 66-cı sessiyasında çıxış edib

Bahar Muradova BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 66-cı sessiyasında çıxış edib 14-25 mart 2022-ci il tarixlərində BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 66-cı sessiyası keçirilir. Koreya Respublikasının Gender Bərabərliyi və Ailə Nazirliyinin sədrlik etdiyi sessiya "İqlim dəyişikliyi, ətraf mühit və fəlakət risklərinin aza
Sosial müdafiə
15 Mart , 2022 21:38
Bahar Muradova BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 66-cı sessiyasında çıxış edib

14-25 mart 2022-ci il tarixlərində BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 66-cı sessiyası keçirilir. Koreya Respublikasının Gender Bərabərliyi və Ailə Nazirliyinin sədrlik etdiyi sessiya "İqlim dəyişikliyi, ətraf mühit və fəlakət risklərinin azaldılması strategiyaları və proqramları kontekstində gender bərabərliyi, bütün qadın və qızların səlahiyyətlərinin artırılmasına nail olmaq" mövzusuna həsr olunub.

"Report" xəbər verir ki, sessiyanın ikinci günü, yəni 15 mart tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova nazirlər səviyyəsində təşkil edilmiş dəyirmi masada onlayn formatda çıxış edib.

Tədbirdə Komissiyaya üzv olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Fransa, İspaniya, Sloveniya, Bosniya və Herseqovina, Səudiyyə Ərəbistanı, İraq, Keniya, Anqola, Sudan, İndoneziya, Filippin və digər ölkələrin aidiyyəti nazirlik və komitələrinin rəhbərləri iştirak ediblər.

B.Muradova iqlim dəyişikliyi və onun canlı aləmə təsirindən danışıb. Komitə sədri bu problemin həllinin sosial aspektləri nəzərə almadan, qadın və kişilərin bütün səviyyələrdə bərabər iştirakı olmadan mümkün olmadığını bildirib. O, bir sıra dünya ölkələri kimi Azərbaycanın da ətraf mühitin bütovlüyü və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində beynəlxalq sənədlərə qoşulduğunu, bir sıra dövlət proqramları, İnkişaf Konsepsiyası və Milli Strategiya qəbul edildiyini qeyd edib.

B.Muradova vətəndaş cəmiyyəti və ictimai birliklərin bu proseslərdə yaxından iştirak etdiyindən bəhs edərkən, Heydər Əliyev Fondu, eləcə də “IDEA” İctimai Birliyinin ətraf mühitin qorunması, ictimai maarifləndirmə, xüsusilə gənclərin prosesə cəlb edilməsi, beynəlxalq əməkdaşlıq, ətraf mühit problemləri üzrə təhsil sahəsində geniş fəaliyyət göstərdiklərini və bu işə töhfə verdiklərini vurğulayıb.

Azərbaycan ərazilərinin uzun müddət Ermənistanın işğalı altında saxlanılması nəticəsində ekosistemə ciddi ziyan dəydiyini diqqətə çatdıran Komitə sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərin bərpası, dayanıqlı inkişafın təmin edilməsi, eləcə də “yaşıl” texnologiyaların tətbiqi ilə bağlı bir sıra mühüm qərarların qəbul edildiyini qeyd edib.

Tədbir üzv ölkələrin çıxışları və müzakirələrlə davam edib.

Son xəbərlər

Orphus sistemi