Yuxarı
    Bağlamaq

    Bahar Muradova: “Azərbaycanda uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir”

    Bakıda AŞPA-nın Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin Uşaqlar üzrə alt komitəsinin iclası başlayıb© Report.az

    Bakı. 31 may. REPORT.AZ/ Azərbaycan Milli Məclisində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin Uşaqlar üzrə alt komitəsinin iclası başlayıb.

    “Report”un xəbərinə görə, “Rəqəmsal mühitdə uşaqların qorunması, bilik və bacarıqlarının artırılması” mövzusunda keçirilən tədbiri parlament sədrinin müavini Bahar Muradova açıb.
    O deyib ki, AŞPA mötəbər qurum kimi uşaqların hüquqlarının qorunmasını diqqətdə saxlayır. Onun sözlərinə görə, Azərbaycanda da bu məsələyə xüsusi önəm verilir: “Uşaq hüquqlarının qorunması çox ciddi məsələdir. Azərbaycan qanunlarında bu məsələlər tənzimlənir”.
    B.Muradova qeyd edib ki, Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi