​Azərbaycanda muzdlu işçilərin 23%-i təhsil sahəsində çalışır

​Azərbaycanda muzdlu işçilərin 23%-i təhsil sahəsində çalışır Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,511 mln. nəfərə çatıb
Sosial müdafiə
10 Oktyabr , 2014 10:42
​Azərbaycanda muzdlu işçilərin 23%-i təhsil sahəsində çalışır
Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı bu il sentyabrın 1-i vəziyyətinə 1 511,4 min nəfər olub, onlardan 892,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 618,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Muzdla işləyənlərin 22,5%-i təhsildə, 18,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3%-i sənayedə, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8%-i tikintidə, 5,0%-i nəqliyyat və anbar təsərrüfatında, 3,8%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində və 17,4%-i iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 440,9 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olduğu qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi