​Azərbaycan əhalisinin sayı 9,5 mln.-u ötüb

​Azərbaycan əhalisinin sayı 9,5 mln.-u ötüb Bu il ölkədə 95,4 min körpə doğulub
Sosial müdafiə
15 Sentyabr , 2014 17:39
​Azərbaycan əhalisinin sayı 9,5 mln.-u ötüb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu il avqust ayının 1-nə Azərbaycan əhalisinin sayı 9 540,4 min nəfərə çataraq, ilin əvvəlindən 63,3 min nəfər və ya 0,7% artıb. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əhalinin sıxlığı 1 kv. km-ə 110 nəfər olub. Hazırda hər 1 000 nəfər kişiyə 1 011 nəfər qadın düşür. Əhalinin ümumi sayının 53,2%-i şəhər, 46,8%-i kənd sakinləridir.

Bu ilin yanvar-iyul ayları ərzində ölkədə 95,4 min körpə doğulub və əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstərici 17,4 təşkil edib. Doğulanların 53,6%-ni oğlanlar, 46,4%-ni qızlar təşkil edir.

Cari ilin əvvəlindən Azərbaycanda 32,7 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı 6,1-dən 6,0-a düşüb.

Son xəbərlər

Orphus sistemi