Nazirlik “Azərinşaatservis” işçilərinin gecikdirilən 2 milyon 362 min manat əmək haqlarının ödənilməsini təmin edib

Nazirlik “Azərinşaatservis” işçilərinin gecikdirilən 2 milyon 362 min manat əmək haqlarının ödənilməsini təmin edib Əmək haqlarının gecikdirilməsi səbəbindən həmin işçilərdə yaranan narazılıq aradan qaldırılıb
Sosial müdafiə
27 Noyabr , 2015 10:28
Nazirlik “Azərinşaatservis” işçilərinin gecikdirilən 2 milyon 362 min manat əmək haqlarının ödənilməsini təmin edib

Bakı. 27 noyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Azərinşaatservis” ASC-nin işçilərinin gecikdirilən əmək haqlarının ödənilməsini təmin edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, “Azərinşaatservis” ASC-nin bir qrup əməkdaşının Dövlət Əmək Müfəttişliyi Xidmətinə etdikləri müraciətə əsasən, qeyd olunan qurumun işçilərinin pozulmuş hüquqlarının bərpası məqsədilə müvafiq işlər aparılıb. Araşdırma nəticəsində “Azərinşaatservis” ASC-nin işçilərinin əmək haqlarının ödənilməsinin cari ilin may ayından, yəni uzun müddətdir gecikdirildiyi, müəssisənin öz işçilərinə ümumilikdə 2 milyon 362 min 875 manat məbləğində əmək haqqı borcunun yarandığı müəyyən edilib.

İşçilərin hüquqlarının qısa müddətdə bərpası üçün qanunvericiliyin tələbləri əsasında görülən konkret tədbirlər və təşkilati işlər nəticəsində “Azərinşaatservis” ASC tərəfindən öz işçilərinə gecikdirilən əmək haqqı borcunun tam şəkildə ödənilməsi təmin edilib. Beləliklə, əmək haqlarının gecikdirilməsi səbəbindən həmin işçilərdə yaranan narazılıq aradan qaldırılıb.

Xidmət vətəndaşların müraciətlərinə uyğun olaraq, onların əmək hüquqlarının müdafiəsinin təmin edilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi