Yuxarı

Azərbaycanlı gənclər “Dialoq 2016” Beynəlxalq Gənclər Düşərgəsində iştirak ediblər

Düşərgə ərzində iştirakçılar mədəniyyətlərarası dialoqun yerli icmalar arasında qurulması haqqında müzakirələr aparıblar

Bakı. 1 oktyabr. REPORT.AZ/ Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri Rusiyanın Kaluqa vilayətində keçirilən “Dialoq 2016” Beynəlxalq Gənclər Düşərgəsində iştirak ediblər. Şuradan "Report"a verilən məlumata görə, tədbir Rusiya gənclər və uşaqlar birliyinin Milli Şurası və Avropa Şurasının Gənclər Departamentinin birgə təşkilatçılığı ilə baş tutub. Düşərgədə ARGTMŞ-nin üzvü olan “Bakı Gənclər Klubu” İctimai Birliyi və "Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyəti" İctimai Birliyi təmsil olunub.

“Dialoq 2016” Beynəlxalq Gənclər Düşərgəsinin məqsədi gənclər arasında mədəni müxtəlifliyin dəyərinin və mədəniyyətlərarası dialoqun qurulmasında gənclərin fəallılığının artırılmasıdır.

Düşərgə ərzində iştirakçılar mədəniyyətlərarası dialoqun yerli icmalar arasında qurulması və inkişafı, cəmiyyətdə müsbət dəyişiklik imkanları haqqında müzakirələr aparıblar və bu istiqamətdə fəaliyyət strategiyası qurulub. Təlimlər zamanı, həmçinin potensial liderlərin üzə çıxarılması və onların yerli icmalar ilə işləməsinin təmin edilməsinə dəstək olmaq prioritet məsələlərdən olub. Tədbirin mədəniyyət gecəsində Azərbaycan nümayəndə heyəti uğurla çıxış edib. Mədəniyyət gecəsində Azərbaycanın milli tarixi haqqında məlumat verilib, milli rəqsləri, milli musiqisi ifa edilib və milli mətbəxi nümayiş olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi