Azərbaycanla Serbiya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsinə dair sənəd təsdiqlənib

Azərbaycanla Serbiya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsinə dair sənəd təsdiqlənib Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu” nun
Sosial müdafiə
187
16 Sentyabr , 2021 14:17
Azərbaycanla Serbiya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsinə dair sənəd təsdiqlənib
İlham Əliyev

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu” nun təsdiq edilməsi haqqında fərman imzalayıb.

"Report"un xəbərinə görə, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Son xəbərlər

Orphus sistemi