Azərbaycanla Pakistan arasında sosial müdafiə sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

Azərbaycanla Pakistan arasında sosial müdafiə sahəsində əməkdaşlığa dair sənəd imzalanıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayi ilə görüş olub.
Sosial müdafiə
25 May , 2022 12:51
Azərbaycanla Pakistan arasında sosial müdafiə sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayi ilə görüş olub.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Azərbaycanla Pakistan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Pakistanın dövlət başçıları tərəfindən iki ölkə arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib. Qarşılıqlı səfərlərin, imzalanmış sənədlərin əməkdaşlığın inkişafında mühüm rolunu diqqətə çatdırıb.

O, ölkəmizin ərazi bütövlüyünün təminatı məsələsinin həllində Pakistanın Azərbaycana daimi siyasi və mənəvi dəstəyinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb, bu dəstəyə görə minnətdarlığını ifadə edib.

S.Babayev iki ölkənin əmək, məşğulluq və sosial müdafiə sahələri də daxil olmaqla bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malik olduğunu bildirib.

Ölkəmizdə aparılan sosial islahatlar, DOST konsepsiyası barədə məlumat verən nazir sosial sahədə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin qarşılıqlı fayda verəcəyini vurğulayıb.

Azərbaycanın Pakistan üçün dost və qardaş ölkə olduğunu bildirən B.Hayi iki ölkənin əməkdaşlıq əlaqələrinin daim genişlənməsinin məmnunluq doğurduğunu vurğulayıb. Sosial sahədə də bu əlaqələrin ildən-ilə genişlənəcəyinə əminliyini ifadə edib.

Görüş çərçivəsində S.Babayev və B.Hayi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Pakistan İslam Respublikasının Xaricdə Yaşayan Pakistanlılarla İş və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalayıblar.

Sənədin Azərbaycan və Pakistanın əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrinin inkişafında mühüm rol oynayacağı vurğulanıb.

Memorandumda iki nazirlik arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində qanunvericiliyin təkmilləşdirilməsi, əmək qanunvericiliyinə əməl olunmasına nəzarət, əməyin mühafizəsi, həssas qruplar üçün məşğulluq imkanlarının genişləndirilməsi, işsiz və işaxtaranlar üçün peşə hazırlığı, peşə standartlarının hazırlanması və tətbiqi, əməkçi miqrantların hüquqlarının təminatına nəzarətin həyata keçirilməsi və s.istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Həmçinin sənəddə əlilliyi olan şəxslərin reabilitasiyası və məşğulluq imkanlarının artırılması, əlilliyin qiymətləndirilməsi, əlilliyi olan şəxslərlə bağlı siyasətin təkmilləşdirilməsi və digər sahələrdə əməkdaşlıq edilməsi əksini tapır.

Son xəbərlər

Orphus sistemi