Azərbaycanın regionlarında qeyri-qanuni yaşayan 759 şəxs aşkarlanıb

Azərbaycanın regionlarında qeyri-qanuni yaşayan 759 şəxs aşkarlanıb 2008-2014-cü illərdə 18 254 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb
Sosial müdafiə
28 Aprel , 2015 15:48
Azərbaycanın regionlarında qeyri-qanuni yaşayan 759 şəxs aşkarlanıb

Bakı. 28 aprel. REPORT.AZ/ 2015-ci ilin birinci rübü ərzində Azərbaycanın müxtəlif regionlarında qeyri-qanuni yaşayan 759 şəxs aşkar olunub. "Report" xəbər verir ki, bu barədə "Vətəndaşsızlığın aradan qaldırılması və qarşısının alınması" mövzusunda keçirilən konfransda bildirilib.

Konfransda Azərbaycan Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev, ombudsman Elmira Süleymanova və BMT-nin qaçqınlar üzrə ali komissarı Daq Siqurdson çıxış edib. 

Bildirilib ki, həmin 759 nəfər Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, Azərbaycanın müxtəlif regionlarında yaşayırmış.  

Konfransda qeyd olunub ki, Dövlət Miqrasiya Xidmətinin vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi istiqamətində gördüyü tədbirlər nəticəsində 2008-2014-cü illər ərzində 852 nəfər vətəndaşlığı olmayan şəxs Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan vətəndaşlığına qəbul olunub. Bununla belə, bu müddət ərzində 18 254 şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınaraq, onlar aidiyyəti dövlət qurumları tərəfindən Azərbaycan vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin ediliblər.

Son xəbərlər

Orphus sistemi