Azərbaycanın dövlət müşaviri Nardaran ziyalıları və məktəbliləri ilə görüşüb

Azərbaycanın dövlət müşaviri Nardaran ziyalıları və məktəbliləri ilə görüşüb Kamal Abdullayev: "Nardaranda “Bilk evi”nin açılması böyük əhəmiyyət daşıyır"
Sosial müdafiə
29 Yanvar , 2016 17:02
Azərbaycanın dövlət müşaviri Nardaran ziyalıları və məktəbliləri ilə görüşüb

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Nardaran qəsəbəsinin bir qrup ziyalısı və məktəblisi ilə görüşüb. 

“Report” xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilən görüşdə Sabunçu rayonunun Nardaran qəsəbəsinin bir ziyalısı, qəsəbədə fəaliyyət göstərən 295 və 130 saylı orta məktəblərin lX, X və Xl sinif şagirdləri iştirak edib. 

K.Abdullayev deyib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. O bu münasibətilə görüləcək işlərdən danışıb.

K.Abdullayev bildirib ki, Azərbaycanlı gənci bu gün başqa millətlərə münasibətini sərgiləyəndə ehtiyatlı və diqqətli olmalıdırlar: "Çünki kənardan gələn buna fikir verir. Başqa millətin nümayəndələri ölkəmizə gələndə onlara olan münasibətlərimizi, bizim ayrıseçkilik salmayan davranışlrımızı yüksək qiymətləndirirlər”.

Dövlət müşaviri Nardaranda “Bilk evi”nin açılmasının əhəmiyyətinə toxunub, Nardaran məktəblilərinin “Qardaşlaşmış məktəblər” layihəsində iştirakından söz açıb. 

Son xəbərlər

Orphus sistemi