Azərbaycanın 3 rayonunda əmək yarmarkaları keçiriləcək

Azərbaycanın 3 rayonunda əmək yarmarkaları keçiriləcək Tədbirlərdə işəgötürənlərin nümayəndələri də iştirak edəcək
Sosial müdafiə
11 İyun , 2015 11:16
Azərbaycanın 3 rayonunda əmək yarmarkaları keçiriləcək

Bakı.11 iyun. REPORT.AZ/ Azərbaycanın 3 rayonunda işsiz və işaxtaran vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkaları keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, iyunda Tovuz, Ağstafa və Neftçalada əmək yarmarkalarının keçirilməsi planlaşdırılır.

Məlumatda bildirilib ki, həmin rayonların məşğulluq mərkəzləri əmək yarmarkalarına hazırlıq işləri çərçivəsində idarə, müəssisə və təşkilatlardan boş iş yerləri barədə məlumatlar toplayırlar. 

Tədbirlərdə işəgötürənlərin nümayəndələri də iştirak edəcək. Yarmarkalar zamanı işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün onların qeydiyyatı da aparılacaq. Sosial cəhətdən həssas əhali qruplarından olan vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota əsasında boş iş yerlərinin təqdim olunması da nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi