​Azərbaycanda yeni doğulanlara xanım, ağa sözlərinin birləşməsindən yaranan adlar qoyulur

​Azərbaycanda yeni doğulanlara xanım, ağa sözlərinin birləşməsindən yaranan adlar qoyulur Son beş ildə 117 körpəyə Zəhraxanım, 66 körpəyə Böyükağa, 52-nə Ağaxan adı verilib
Sosial müdafiə
8 İyul , 2016 19:38
​Azərbaycanda yeni doğulanlara xanım, ağa sözlərinin birləşməsindən yaranan adlar qoyulur

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycanda son beş ildə doğulan körpələrə verilən adlar arasında xeyli sayda xanım, ağa, bəy, bala kimi sözlərin birləşməsi ilə yaranan adlar yer alıb.

Ədliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, son beş ildə 117 körpəyə Zəhraxanım, 66 körpəyə Böyükağa, 52-nə Ağaxan adı verilib.

Bundan əlavə, körpələrə Ağakərim (43), Böyükxanım (28), Bəybala (26), Bibixanım (21), Böyükkişi (10), Balaqardaş (10), Kiçikxanım (6), Baladadaş (5), Nurbala (3), Balacaxanım (4), Çimnazxanım (4), Dursunəli (2), Ağaxanım (3), Fatmaxanım (3), Ağaxancan (1), Ağaxanbəy (1), Kərimxan (1), Nərgizxanım (1) və s. adlar verilib.

Son xəbərlər

Orphus sistemi