Azərbaycanda “Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramı hazırlanıb

Azərbaycanda “Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramı hazırlanıb Bakı. 31 oktyabr. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən “Valideyn nəzarəti və internet təhlükəsizliyi” www.kidsafe.az proqramı hazırlayıb.
Sosial müdafiə
31 Oktyabr , 2018 12:03
Azərbaycanda “Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramı hazırlanıb
0 : 00
0 : 00

Bakı. 31 oktyabr. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən “Valideyn nəzarəti və internet təhlükəsizliyi” www.kidsafe.az proqramı hazırlayıb.

"Report" xəbər verir ki, proqram “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində yaradılıb. Valideyn-internet təhlükəsizlik və nəzarət proqramının yaradılmasında əsas məqsəd uşaqların kompüter təhlüksəziliyinin və nəzarət etməyin təmin olunmasıdır.

Proqram vasitəsilə uşaqların kompüterdən hansı vaxtlarda istifadə edə biləcəyini öncədən təyin etmək mümkün olacaq, uşaqların yaş həddinə uyğun olmayan səhifələrə girişinə mane olunacaq və xəbərdarlıq ediləcək, valideynlər uşaqların bütün yazışmalarını və harada yazışdıqlarını öz sistemində olan kabineti vasitəsilə müşahidə edə biləcək. Proqram axtarış motorlarında uşaqların yaşına uyğun olmayan nəticələrin çıxmasının qarşısını alacaq. Uşaqların asudə vaxtını səmərəli etmək üçün proqram daxilində müxtəlif mövzularda maraqlı yazılar yerləşdiriləcək. Valideynin sistemində bir kabinet mövcud olacaq. Buradan istifadə edərək fərdi kompüterlərin istifadəsinə nəzarət etmək olacaq.

Proqramı həm windows, həm də android üçün yükləmək mümkün olacaq.

Qeyd edək ki, proqramın təqdimatı sabah, noyabrın 1-də olacaq.

Son xəbərlər

Orphus sistemi