Azərbaycanda ünvanlı sosial yardımın təyin olunması müddəti artırılıb

Azərbaycanda ünvanlı sosial yardımın təyin olunması müddəti artırılıb Dəyişiklik səsə qoyularaq qəbul edilib
Sosial müdafiə
24 Fevral , 2015 14:38
Azərbaycanda ünvanlı sosial yardımın təyin olunması müddəti artırılıb

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanda ünvanlı sosial yardımın təyin olunması müddəti artırılıb. "Report" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklik edilib.

Dəyişikliyə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. Həmçinin aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.

Dəyişiklik səsə qoyularaq qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi