Azərbaycanda spirtli içkilərin ümumi istehlakı azalacaq

Azərbaycanda spirtli içkilərin ümumi istehlakı azalacaq Strategiya sənədində spirtli içkilərə qoyulan vergilərin artırılması da planlaşdırılır
Sosial müdafiə
24 Dekabr , 2015 18:42
Azərbaycanda spirtli içkilərin ümumi istehlakı azalacaq

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanda spirtli içkilərin ümumi istehlakı azalacaq. “Report”un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya" sənədində müddəa yer alıb. 

Sənədə əsasən, istehlakın azalması mütəmadi olaraq icra ediləcək. Bundan başqa, 2016-2017-ci illərdə isə spirtli içkilərdən sui-istifadənin azaldılması nəzərdə tutulub. Bununla bağlı, müvafiq qurumlara spirtli içkilərdən istifadəyə dair qanunvericiliyin təkmilləşdirilməsi tapşırılıb.

Eyni zamanda, pərakəndə satılan spirtli içkilərin uşaqlar üçün əlçatanlığı müxtəlif tədbirlər görməklə məhdudlaşdırılacaq. Həmçinin, spirtli içkilərin reklamına qoyulan məhdudiyyət və qadağaların işləməsi də təmin ediləcək.

Strategiya sənədində spirtli içkilərə qoyulan vergilərin artırılması da planlaşdırılır. Belə ki, məsələ ilə əlaqədar vergi və qiymət mexanizmləri təkmilləşəcək. Eyni zamanda, spirtli içkilərlə bağlı qiymət satış siyasətinin yeniləşdirilməsi də nəzərdə tutulan işlər sırasına daxil edilib.

Qeyd edək ki, sənəddə yer alan müddəaların icrası Ədliyyə, Vergilər, Təhsil, Səhiyyə, Daxili İşlər Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi