Yuxarı

Azərbaycanda sosial xidmət göstərilən ahılların sayı açıqlandı

​Azərbaycanda sosial xidmət göstərilən ahılların sayı açıqlandı

1103

© Report / Elchin Murad — Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev

“Bu günə Azərbaycan üzrə 10 mindən artıq ahıl şəxs qeydiyyata alınaraq onlara sosial xidmət göstərilir. Onlardan 1 600-ü Bakı şəhərində, 8 500-ü isə ölkənin digər regionlarında məskunlaşan tənha şəxslərdir”.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu istiqamətə 1 400 sosial xidmətçi cəlb olunub: “Sosial xidmətçilər də ahıllarımızın sayına uyğun olaraq 200-ü Bakıda, təqribən 1 200-ü isə regionlarda bu işlərə cəlb edilib”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi