Azərbaycanda sosial müdafiəyə daha çox ehtiyac duyan əlilliyi olan şəxslərə birdəfəlik maddi yardım ayrılıb

Azərbaycanda sosial müdafiəyə daha çox ehtiyac duyan əlilliyi olan şəxslərə birdəfəlik maddi yardım ayrılıb 4633 nəfər əlilliyi olan şəxs ümumilikdə 227 100 manat birdəfəlik maddi yardımla təmin edilib
Sosial müdafiə
2 Dekabr , 2014 15:43
Azərbaycanda sosial müdafiəyə daha çox ehtiyac duyan əlilliyi olan şəxslərə birdəfəlik maddi yardım ayrılıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 3 dekabr - Beynəlxalq Əlillər Günü ilə əlaqədar sosial müdafiəyə daha çox ehtiyac duyan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara birdəfəlik maddi yardım ayırıb. Bu barədə “Report”a ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

ƏƏSMN-nin müvafiq əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq həyata keçirilən bu tədbir ümumilikdə 8540 nəfər əlilliyi olan şəxsi və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağı əhatə edir. Ümumi məbləği 256 200 manat olan birdəfəlik maddi yardımların qeyd olunan şəxslərin müvafiq bank hesablarına köçürülməsinə başlanıb.

Cari ilin 9 ayında ƏƏSMN tərəfindən ayrı-ayrı ildönümlərlə əlaqədar, həmçinin sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə ümumilikdə 4633 nəfər əlilliyi olan şəxs 227 100 manat birdəfəlik maddi yardımla təmin edilib.

Son xəbərlər

Orphus sistemi