Yuxarı

Azərbaycanda sosial müavinətlərin məbləği artırılıb

Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərman imzalayıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərman imzalayıb. 

“Report” xəbər verir ki, sənədə əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanı ilə müəyyən edilmiş sosial müavinətlərin məbləği 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi