Yuxarı

​Azərbaycanda son beş ildə 23 qıza Məhəmməd, 86 oğlana Zəhra adı verilib

7 oğlana Aygün adı qoyulub

Bakı. 16 noyabr. REPORT.AZ/ Son beş ildə Azərbaycanda xeyli sayda yeni doğulan qıza oğlan adı qoyulub.

"Report" Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, son beş ildə Azərbaycanda 4201 oğlana və 8 qıza Həsən adı verilib. İki qız uşağına isə Həsənağa adı qoyulub.

Eləcə də, son beş ildə 760 qıza, 7 oğlana Aygün, 172 oğlana, 4 qıza Səxavət, 288 oğlana və 3 qıza Ədalət, 2802 oğlana və 25 qıza Nurlan, 454 oğlana və 4 qıza Rövşən, 13 902 oğlana, 23 qıza Hüseyn, eyni zamanda, daha 23 qıza Məhəmməd, 20 minə yaxın qız uşağına, eləcə də 86 nəfər oğlan uşağına Zəhra adı verilib.

Qeyd edək ki, son beş ildə Nizami, Füzuli, Nəsimi, Məhsəti kimi Azərbaycan şairlərinin adını heç kim övladına verməyib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi