Azərbaycanda şirkətin 13 tondan çox yararsız süd məhsulları məhv edilib

Azərbaycanda şirkətin 13 tondan çox yararsız süd məhsulları məhv edilib Azərbaycanda iri süd məhsulları istehsalçılarından olan şirkətlərdən birinin istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulları məhv edilib.
Sosial müdafiə
22 Oktyabr , 2021 18:15
Azərbaycanda şirkətin 13 tondan çox yararsız süd məhsulları məhv edilib

Azərbaycanda iri süd məhsulları istehsalçılarından olan şirkətlərdən birinin istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulları məhv edilib.

Bu barədə "Report"a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, “AZ FP CO LTD” MMC-nin (“Milla”) 72 adda 13 ton 364 kiloqram 84 qram müxtəlif növ süd məhsulları Sumqayıtda yerləşən tullantıların zərərsizləşdirilməsi poliqonunda yandırılıb.

Xatırladaq ki, adıçəkilən şirkət həmin istehlaka yararsız və istifadə müddəti bitmiş süd məhsullarının məhv edilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi