Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb

Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub
Sosial müdafiə
10 İyul , 2017 16:43
Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb

Bakı. 10 iyul. REPORT.AZ/ 2017-ci ilin ilk 4 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 18229 nikah və 4896 boşanma halları qeydə alınıb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Statika Komitəsindən məlumat verilib.

Məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.

Məlumatda həmçinin qeyd edilib ki, bu ilin yanvar-aprel ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 850 nəfər Azərbaycana gələn, 448 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 402 nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi