Yuxarı
    Bağlamaq

    "Azərbaycanda qəbiristanlıqların istifadəsi haqqında" yeni qanun layihəsi hazırlanıb

    Milli Məclisin komitə sədri: Layihənin müzakirəsi üçün şəhər, rayon və qəsəbə bələdiyyələrinin assosiasiya rəhbərlərinə verilməsi planlaşdırılır

    Bakı. 29 yanvar. REPORT.AZ/ "Azərbaycanda qəbiristanlıqların istifadəsi haqqında yeni qanun layihəsi hazırlanıb".

    "Report" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə komitənin bugünkü iclasında bildirib.

    Onun sözlərinə görə, layihənin müzakirəsi üçün şəhər, rayon və qəsəbə bələdiyyələrinin assosiasiya rəhbərlərinə verilməsi planlaşdırılır: "Onlar layihəni müzakirə etdikdən sonra öz təkliflərini verəcəklər. Qanun layihəsi yaxşı olsa da, çox vəsait tələb edən məsələdir. Ona görə də ilk olaraq, bunun üçün tələb olunan vəsaitin haradan və necə tapılması haqqında düşünmək lazımdır". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi