Azərbaycanda pensiyaların artırılması ilə bağlı təkliflər hazırlanır

Azərbaycanda pensiyaların artırılması ilə bağlı təkliflər hazırlanır DSMF qarşıya qoyulmuş vəzifələrlə bağlı hazırlayacağı yeni təklifləri ictimaiyyətə təqdim edəcək
Sosial müdafiə
13 Yanvar , 2016 13:19
Azərbaycanda pensiyaların artırılması ilə bağlı təkliflər hazırlanır

Bakı. 13 yanvar. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların artırılması ilə bağlı təkliflərin hazırlanmasında yaxından iştirak edir. Bu barədə "Report"a Fondun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Məlumatda bildirilib ki, Fond qarşıya qoyulmuş vəzifələrlə bağlı hazırlayacağı yeni təklifləri ictimaiyyətə təqdim edəcək. "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının pensiyaların artırılmasına dair tapşırığına uyğun olaraq, bu sahədə təkliflər hazırlanır", - DSMF-dən bildirilib.

Son xəbərlər

Orphus sistemi