Yuxarı

Azərbaycanda pensiyaçılar təqaüdlərini digər bankların bankomatlarından da götürə biləcəklər

Nəzərdən keçirilən digər məsələ plastik kart sahiblərinə müxtəlif bankların bankomatlarından istifadənin yaradılmasıdır

Bakı. 18 fevral. REPORT.AZ/ "Azərbaycanda pensiyaçılar bundan sonra pensiyalarını digər bankların bankomatlarından da götürə biləcəklər". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

Onun sözlərinə görə, bu günə qədər pensiyalar götürülən zaman bankomatların qarşısında gərginlik müşahidə olunurdu: "Lakin bu, pensiyaların maliyyəşdirilməsində problem kimi qiymətləndirilməməlidir. Belə ki, bu, vətəndaşların maliyyələşmə günündə, yəni bir gündə öz vəsaitlərini bankomatlardan nağd çıxarılmasına əsaslanır".

Mövcud məsələnin tənzimlənməsi üçün DSMF-nin aidiyyəti qurumlarla danışıqlar apardığını deyən E.Mehdiyev əlavə edib ki, hazırda problemin həlli məsələsi nəzərdən keçirilir: "Nəzərdən keçirilən digər məsələ plastik kart sahiblərinə müxtəlif bankların bankomatlarından istifadənin yaradılmasıdır. Banklar arasında interfeys əlaqəsinin gücləndirilməsi hesabına pensiyaçılar müxtəlif bankların bankomatları vasitəsilə pensiyalarını əldə edə biləcəklər. Həmçinin nağdsiz ödəniş şəbəkəsinin genişləndirilməsi və pensiyaçılar arasında bu sahədə təşviqatın aparılması məsələsi də gündəmdədir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi