Yuxarı

Azərbaycanda ötən il yaşayış sahəsi alan ailələrin sayı açıqlanıb

Azərbaycanda ötən il yaşayış sahəsi alan ailələrin sayı açıqlanıb
Ümumilikdə 501 nəfər bu imtiyazdan yararlanıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycanda ötən il yaşayış sahəsi alan və yaşayış şəraitini yaxşılaşdıran ailələrin sayı açıqlanıb.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötəl il bu cür ailələrin sayı 501 olub. 2000-ci ildə ev alan ailələrin sayı 1758, 2010-cu ildə 743-ə çatıb.

Qeyd edək ki, ötən il yaşayış sahəsi alan şəraitini yaxşılaşdıran 11 nəfəri Böyük Vətən müharibəsi iştirakçısı, əlili, həlak olan hərbi xidmətçilər və onlarla eyni hüquqlu olanlardır.

Qarabağ müharibəsi iştirakçılarına, əlillərinə, həlak olanların və həqiqi hərbi xidmətdə olanların ailələrindən 206, gənc ailələrdən 68, çoxuşaqlılardan isə 204-ü yaşayış sahəsi alıb və şəraitini yaxşılaşdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi