Yuxarı
    Bağlamaq

    Azərbaycanda nikahların sayı artıb

    DİN: Yanvar-may aylarında daimi yaşamaq üçün Azərbaycana 1 034 nəfər gəlib və 355 nəfər ölkədən gedib

    Bakı. 9 iyul. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 32,6 min nikah və 5,3 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 7,9-dan 8,3-ə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,3) qalıb.

    “Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən cari ilin 5 ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 1 034 nəfər gələn və 355 nəfər ölkədən gedən qeydə alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi