Azərbaycanda nazirlik bir ilə 4 838 nəfəri işlə təmin edib

Azərbaycanda nazirlik bir ilə 4 838 nəfəri işlə təmin edib Tədbirlər zamanı 204 nəfər ödənişli ictimai işlərə göndərilib
Sosial müdafiə
5 Yanvar , 2015 11:25
Azərbaycanda nazirlik bir ilə 4 838 nəfəri işlə təmin edib

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təminatı məqsədilə ötən il bölgələrdə 60 əmək yarmarkası keçirilib. "Report" xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir.

Qeyd olunan tədbirlərdə ümumilikdə 5 753 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib.

Məlumata görə, onlardan 4 838 nəfəri (və ya 84,09 faizi) göndərişlər əsasında münasib iş yerləri ilə təmin edilib. Əmək yarmarkaları zamanı peşə və ixtisası olmadığına görə münasib iş seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan 396 nəfər əmək bazarının tələblərinə uyğun peşə hazırlığına cəlb olunub. Tədbirlər zamanı 204 nəfər ödənişli ictimai işlərə göndərilib.

2014-cü il ərzində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərindəki ali təhsil müəssisələrində məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə 10 aktiv məşğulluq tədbiri keçirilib. "Karyerada ilk addım" devizi altında keçirilən həmin tədbirlər nəticəsində 185 nəfər münasib işlə təmin edilib. 

Son xəbərlər

Orphus sistemi