Azərbaycanda nazirlik 100 nəfər işçi axtarır

Azərbaycanda nazirlik 100 nəfər işçi axtarır Boş yerlər nazirliyin Aparatını, Dövlət Əmək Müfəttişliyi, Məşğulluq, Sosial Təminat, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidmətlərini əhatə edir
Sosial müdafiə
14 Avqust , 2015 17:13
Azərbaycanda nazirlik 100 nəfər işçi axtarır

Bakı. 14 avqust. REPORT. AZ/ Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının (DQMK) bu gün elan etdiyi növbəti müsabiqədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sistemi üzrə 94 inzibati vəzifə üzrə 102 vakant yer təqdim olunub. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, vakant yerlər nazirliyin Aparatını, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi, Məşğulluq, Sosial Təminat, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətlərini əhatə edir.

Qeyd edək ki, bu ilin ötən dövründə müsabiqə, həmçinin daxili və ümumi müsahibələrdən uğurla keçmiş 64 nəfər şəxs nazirliyin Aparatında və struktur bölmələrində müvafiq vakant vəzifələrə təyin olunublar. 

Nazirlikdən bildirilib ki, dövlət qulluğunun inzibati vəzifələrinə təyin edilən əməkdaşların səmərəli fəaliyyətinin stimullaşdırılması üçün zəruri tədbirlər görülür. Nazirlik üzrə müsabiqə yolu ilə tutulmaq üçün təqdim edilən vakant dövlət qulluğu vəzifələrinin siyahıları, habelə vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili və ümumi müsahibələrə dair bütün elanlar nazirliyin rəsmi internet saytının ön səhifəsində müvafiq bölmədə təqdim olunur.

Son xəbərlər

Orphus sistemi