Azərbaycanda məşğulluq xidməti orqanlarına müraciətlərin sayı kəskin artıb

Azərbaycanda məşğulluq xidməti orqanlarına müraciətlərin sayı kəskin artıb İşsizliklə bağlı ən böyük problemlər Gürcüstan, Ukrayna və Dağıstanda təhsil alan insanların müraciəti zamanı yaranır
Sosial müdafiə
18 Aprel , 2017 17:01
Azərbaycanda məşğulluq xidməti orqanlarına müraciətlərin sayı kəskin artıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Report

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanda ötən il məşğulluq xidməti orqanlarına 204 mindən çox şəxs iş üçün müraciət edib, onların 56 631 nəfərinə iş verilib. 

"Report" xəbər verir ki, bunu "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin təşkil etdiyi "Azərbaycanda əhalinin məşğulluq səviyyəsinin artırılması" adlı konfransda çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Elçin Səlimov deyib.

E.Səlimovun sözlərinə görə, ötən il iş üçün müraciət edənlərin sayında kəskin artım müşahidə olunub: "Ötən il 2015-ci illə müqayisədə iş üçün məşğulluq xidməti orqanlarına müraciət edənlərin sayı 3,4 dəfə, işlə təmin olunanların sayı isə 2 dəfə artıb. Qeyd etdiyim il ərzində 11 552 nəfərə işsizlik müavinəti təyin olunub. Ötən il həm də bir qədər çətin il olub. Bağlanan banklardan çıxan işçilərə əmək bazarında demək olar ki, iş yeri yox idi".

Nazirlik rəsmisi deyib ki, işsizliklə bağlı ən böyük problemlər Gürcüstan, Ukrayna və Dağıstanda təhsil alan insanların müraciəti zamanı yaranır: "Burada qəbulda yetərli bal toplamayanlar gedib Gürcüstan, Ukrayna və Dağıstanda təhsil alıb gəlirlər. Onların əksəriyyəti heç rus dilini də normal bilmir. Amma gəlib diplomu təqdim edib, iş tələb edirlər. Onların təhsil aldığı bəzi ixtisaslara bizdə tələbat yoxdur".

Son xəbərlər

Orphus sistemi