Azərbaycanda məişət avadanlıqlarının dili üzərində monitorinq aparılacaq

Azərbaycanda məişət avadanlıqlarının dili üzərində monitorinq aparılacaq Hazırda həmin avadanlıq və məhsulların siyahısı dəqiqləşdirilir
Sosial müdafiə
197
12 Yanvar , 2015 09:20
Azərbaycanda məişət avadanlıqlarının dili üzərində monitorinq aparılacaq

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanda məişət avadanlıqları və məhsullarının dili üzərində monitorinq aparılması planlaşdırılır.

Bu barədə "Report"a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli məlumat verib.

O bildirib ki, hazırda həmin avadanlıq və məhsulların siyahısı dəqiqləşdirilir: "Təsnifat qurulduqdan sonra Azərbaycan dilində yazıların hansı avadanlıq və məhsulların konstruksiyasında mütləq olması barədə təkliflər İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim ediləcək".

Q.Məhərrəmli qeyd edib ki, insanlar soyuducu, televizor, bəzi telefon aparatları və digər avadanlıqları alır və konstruksiyada ana dilində məlumat olmadığı üçün çox vaxt sistemi tamlıqda anlaya bilmirlər: "Kifayət qədər baha qiymətə satılan məişət avadanlıqlarının üzərində nəyə görə Azərbaycan dilində yazı olmamalıdır?! Dil dövlətin gücüdür, bu məsələlərə düzgün riayət edilməlidir".

Son xəbərlər

Orphus sistemi