Yuxarı
    Bağlamaq

    Azərbaycanda körpələrə göy cisimləri, planetlərin adları verilir - SİYAHI

    Günəş onların arasında üstünlük təşkil edir

    Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycanda doğulan körpələrə müxtəlif planet və göy cisimlərinin adları da verilir.

    "Report"un məlumatına görə, körpələrə Günəş adı daha çox qoyulub. 

    Belə ki, son beş ildə 684 körpəyə Günəş, 111-nə Ulduz, 83-nə Səyyarə adı qoyulub.

    Bundan başqa, son beş ildə 105 körpəyə Dünya, 83-nə Dünyamin, 8-nə Venera, 5-nə Kainat adı verilib. 

    Hətta körpələrə Yerhan, Uran adlarını verənlər də var. Yerin təbii peyki olan Ay özü ad kimi verilməsə də, körpələrə bu sözün istifadəsi ilə yaranan adlar qoyulur. Belə adlardan daha çox qoyulanlar Aylin, Ayan, Ayxan, Aysu, Aydan, Ayla, Aysun, Aytac, Aysel, Aynur, Ayşən, Ayaz, Aytən, Aygün, Aynişan, Aynur, Ayhan, Aytəkin, Aydəniz, Aytək və s. adlardır.

    Bundan başqa, uşaqlara Günəşnur, Günəşli, Ulduzə, Ulduzxan, Ulduznur, Ulduza, Dünyaxanım, Dünyamalı, Dünyabəyim, Dünyam, Dünyanur, Dünyani, Dünyaməli, Səyyarəxanım və s. adlar da verilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi