Azərbaycanda körpələrə əcnəbi ad qoyanların sayı artıb - SİYAHI

Azərbaycanda körpələrə əcnəbi ad qoyanların sayı artıb - SİYAHI Son beş ildə 6 nəfər övladına Rihanna adı qoyub
Sosial müdafiə
29 Sentyabr , 2016 15:10
Azərbaycanda körpələrə əcnəbi ad qoyanların sayı artıb - SİYAHI

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanda doğulan körpələrə əcnəbi ad qoyanların sayı artıb.

"Report"un  Ədliyyə Nazirliyidən əldə etdiyi məlumata görə, əcnəbi adlar daha çox qız uşaqlarına verilir.

Beləliklə, son beş ildə 157 qız uşağına Diana adı verilib, 55 körpəyə Sabrina, 34-nə Selena, 22-nə Sveta adı qoyulub.

Bunda başqa, son beş ildə qoyulan əcnəbi adlar arasında İzel (8), Karolina (5), İzabel (3) İzabella (14), Lidiya (2), Lusiya (1), Liza (13), Rihanna (6), Luiza (8), Culiya (2), Selenay (2) Serenay (3), Janna (1), Tina (1), Aleksa (1), Kameliya (4), Marqarita (3) kimi adlar da yer alıb.

Oğlan uşaqlarına qoyulan əcnəbi adlar arasında Raul adı üstünlük təşkil edir. Belə ki, son beş ildə 1910, bu il isə 331 körpəyə bu ad verilib.

Son xəbərlər

Orphus sistemi