Azərbaycanda ​Könüllülər Parlamenti işə başlayıb

Azərbaycanda ​Könüllülər Parlamenti işə başlayıb “Könüllü deputatlar” müxtəlif mövzularla bağlı qanun layihəsi hazırlayacaqlar
Sosial müdafiə
8 İyul , 2016 13:45
Azərbaycanda ​Könüllülər Parlamenti işə başlayıb

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi, “ASAN Könüllüləri” təşkilatının təşkilati dəstəyi ilə “Könüllülər Parlamenti – Azərbaycan” layihəsinin açılış mərasimi keçirilib. 

Bu barədə “Report”a “ASAN Könüllüləri” Təşkilatının İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

Məlumata görə, Daşkəsən rayonunda yerləşən Gənclərin təlim və istirahət mərkəzində baş tutan açılış mərasimində “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov layihənin məqsədi və ideyasını açıqlayıb. 

Daha sonra Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, deputat Rövşən Rzayev çıxış edib. O, belə bir layihənin gənclər tərəfindən irəli sürülən gözəl bir təşəbbüs olduğunu bildirib. Gənclərin belə layihələrdə iştirakının həm şəxsi inkişafına, həm də karyerasında uğur qazanmasına səbəb olduğunu qeyd edən deputat daha sonra gənclərə ölkədə aparılan gənclər siyasəti, ordu quruculuğu barədə geniş məlumat verib.

Layihənin birinci günündə gənclər və idman nazirinin müavini İntiqam Babayev gənclərlə görüşüb. Layihə və layihə iştirakçılarına uğurlar arzulayan nazir müavini ölkədə gənclər və idman sahəsində aparılan mühüm islahatlar və bu islahatların verdiyi tövhələrdən danışıb.

Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin vətandaş mövqeyini konstuktiv şəkildə bildirməsinin stimullaşdırmaqdır.
“Könüllülər Parlamenti” layihəsi Milli Məclisinin simulasiya formatında təşkil olunacaq. Layihə iştirakçısı olan “Könüllü deputatlar” müxtəlif komitələr tərkibində Azərbaycandakı qeyri-neft sektorunun başlıca istiqamətləri, təhsil, sənayə, energitika üçün mövcud imkanlar, Azərbaycandakı QHT-lərin xarici ölkə QHT-lərindən əsas fərqləndirici cəhətləri, problemlərin aradan qaldırılması yolları və s. kimi mövzuları müzakirə edəcək və bu mövzular ətrafında qanun layihəsi hazırlayacaqlar.

Son xəbərlər

Orphus sistemi