Bakı. 14 iyul. REPORT.AZ/ "MDB məkanında ilk dəfə olaraq Azərbaycanda qurulan əmək müqavilələrinin elektron qeydiyyatı sistemi əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilinə imkan yaradıb. Bu ilin iyulun 1-nə həmin sistemə 55 min işəgötürən 1 milyon 262 min aktiv işçi üzrə 2 milyon 360 min əmək müqaviləsi bildirişi daxil edib". "Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri
Nazirin sözlərinə görə, sistemdəki dəyişikliklər ölkənin əmək bazarındakı prosesləri izləməyə və müvafiq təkliflər hazırlamağa imkan verir: "Belə ki, iqtisadi fəallığın və investisiya qoyuluşlarının azalması ilə bağlı əksər ölkələrdə baş verən iş yerlərinin böyük həcmli ixtisarı Azərbaycanda müşahidə olunmur. Ölkənin əmək bazarı xaricilər üçün cəlbedici olaraq qalır. Bu ilin 6 ayı ərzində nazirliyə xarici vətəndaşlara iş icazəsinə rəy verilməsi üçün
Nazir, həmçinin Prezidentin 2014-cü il 24 dekabr tarixli fərmanına uyğun olaraq, yüksək ixtisaslı mütəxəssislərin Azərbaycanın əmək bazarına cəlb edilməsi üçün patentləşdirmə sisteminin formalaşdırılması, ixtisassız işçi qüvvəsinə verilən iş icazəsi qaydalarının isə sərtləşdirilməsi barədə təkliflər hazırlandığını da diqqətə çatdırıb.