Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələrin statistikası açıqlanıb

Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələrin statistikası açıqlanıb Son göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz azdır
Sosial müdafiə
16 Sentyabr , 2015 14:41
Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələrin statistikası açıqlanıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanda avqust ayına olan istehsalatla əlaqəli bədbəxt hadisələrin statistikası açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, ötən ay Azərbaycanda istehsalatla əlaqəli 14 bədbəxt hadisə qeydə alınıb.

Belə ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz azdır.

Ümumilikdə, cari ilin 8 ayında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3 faiz azalaraq 141-dən 94-ə, o cümlədən, qrup halında baş verən belə hadisələrin sayı 90,4 faiz azalaraq 21-dən 2-yə enib. Bu ilin yanvar-avqust aylarında istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayında isə 38,3 faiz azalma qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi