Yuxarı

Azərbaycanda işsizlərin sayı açıqlanıb

İqtisadi fəal əhalinin sayı 4937,8 min nəfər olub

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanda işsizlərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, 2016-cı il may ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 33,8 min nəfər olub.

Aran iqtisadi rayonu işsizlərin sayına görə ilk sıradadır. Onların 37,6 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 249,2 manat olub.

Məlumata görə, 2016-cı il mayın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 4937,8 min nəfər olub, onlardan 4693,1 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

Bu ilin aprelin 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1500,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 890,6 min nəfər, qeyri-dövlət sektorunda isə 609,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,4 min nəfər, qeyri-neft sektorunda isə 1465,6 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 6,3 faizi tikintidə, 6,0 faizi emal sənayesində, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,3 faizi mədənçıxarma sənayesində, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 22,6 faizi təhsil, 19,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi istirahət, əyləncə və incəsənət, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi informasiya və rabitə, 1,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıb.

2016-cı ilin yanvar-mart aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 145,6 saat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi