Azərbaycanda işə qəbul zamanı peşə ixtisasını təsdiq edən sənədin tələb olunmasının hüquqi bazası formalaşdırılacaq

Azərbaycanda işə qəbul zamanı peşə ixtisasını təsdiq edən sənədin tələb olunmasının hüquqi bazası formalaşdırılacaq Bakı. 8 dekabr. REPORT.AZ/ İşə qəbul zamanı peşə ixtisasını təsdiq edən sənədin tələb edilməsinin hüquqi bazasının formalaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Təhsil Nazirliyi arasında razılaşdırılmış təkliflər Nazirlər Kabinetinə təqdim edilib.
Sosial müdafiə
1228
8 Dekabr , 2017 10:40
Azərbaycanda işə qəbul zamanı peşə ixtisasını təsdiq edən sənədin tələb olunmasının hüquqi bazası formalaşdırılacaq
Report/ Firi Salim

Bakı. 8 dekabr. REPORT.AZ/ "İşə qəbul zamanı peşə ixtisasını təsdiq edən sənədin tələb edilməsinin hüquqi bazasının formalaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Təhsil Nazirliyi arasında razılaşdırılmış təkliflər Nazirlər Kabinetinə təqdim edilib".

"Report" xəbər verir­ ki, bunu Əmək və əha­linin sosial müdafiəs­i naziri Səlim Müslüm­ov "Azərbaycanda işçi­ qüvvəsinin inkişaf e­tdirilməsi məqsədi il­ə peşə standartlarınd­an istifadə olunması­" adlı tədbirdə deyib.

O bildirib ki, təkliflərdə formal təhsildən kənar əldə edilmiş bacarıqların tanınması prosedurunu həyata keçirəcək Sertifikatlaşdırma Mərkəzinin, müxtəlif iqtisadi sahələr üzrə ekspertlər şəbəkəsinin yaradılması və s. məsələlər yer alır: "Ölkədə bacarıqların peşə standartları vasitəsilə tanınması, bundan sonra işə qəbul zamanı peşə ixtisasını təsdiqləyən sənədin tələb edilməsi peşə təhsili sahəsində aparılan islahatlara öz töhfəsini verəcək".

Son xəbərlər

Orphus sistemi