Yuxarı

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 min 884 nəfərdir

Bu göstəricinin 4 min 648 nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanda sentyabrın 1-nə olan vəziyyətə görə, iqtisadi fəal əhalinin sayı 4884,1 min nəfər olub.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, onlardan 4648,4 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

Cari il avqustun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1508,0 min nəfər, o cumlədən iqtisadiyyatın dovlət sektorunda 877,3 min nəfər, qeyri-dovlət sektorunda isə 630,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 35,4 min nəfər, qeyri-neft sektorunda isə 1472,6 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,9%-i məhsul istehsalı sahələrində o cumlədən 6,7%-i tikinti, 6,5%-i emal sənayesi, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i mədən çıxarma sənayesi, 1,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 22,2%-i təhsil, 18,9%-i topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin gostərilməsi, 6,7%-i dovlət idarəetməsi və mudafiə, icbari sosial təminat, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 2,1%-i maliyyə və siğorta fəaliyyəti, 1,8%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi 1,5%-i yaşayışın təşkili və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

2015-ci ilin yanvar-iyul aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 150, 1 saat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi