Yuxarı
    Bağlamaq

    Komitə rəsmisi: "Azərbaycanda il ərzində 10-15 erkən nikah faktının qarşısı alınır"

    Aynur Veysəlova: Cənub bölgəsində erkən nikahlarla bağlı statistika azalmağa doğru gedir

    Bakı. 11 may. REPORT.AZ/ "Azərbaycanda il ərzində 10-15 erkən nikah faktının qarşısı alınır".

    "Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

    O bildirib ki, erkən nikahların qarşısının alınması üçün müvafiq qurumlara məlumat verilməlidir: "Nə zaman Dövlət Komitəsinə erkən nikahla bağlı məlumat daxil olubsa, qarşısı alınıb. Erkən nikaha daxil olmaq istəyən həmin şəxslərin 18 yaşı tamam olana qədər onları həm Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həm də icra hakimiyyətləri nəzarətdə saxlayır".

    Komitə rəsmisi qeyd edib ki, hazırda erkən nikahlar daha çox Azərbaycanın Aran bölgəsində qeydə alınır: "Cənub bölgəsində bu statistika azalmağa doğru gedir. Son vaxtlar Lənkəran və İmişlidən demək olar erkən nikah faktı ilə bağlı məlumat daxil olmayıb. Cəlilabad rayonunda isə bu faktlara rast gəlinir".   

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi