Azərbaycanda həbsdən çıxan qadınlara dəstək üçün yeni layihə hazırlanır

Azərbaycanda həbsdən çıxan qadınlara dəstək üçün yeni layihə hazırlanır ABAD-ın direktoru: "Elə insanlar iş tapmaqda müəyyən çətinliklərlə üzləşirlər"
Sosial müdafiə
16 Fevral , 2018 11:26
Azərbaycanda həbsdən çıxan qadınlara dəstək üçün yeni layihə hazırlanır
ABAD-ın direktoru Rüfət Elçiyev / Report

Bakı. 16 fevral. REPORT.AZ/ "ABAD həbsdən çıxan qadınlara dəstək olacaq yeni layihə üzərində işləyir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABAD-ın direktoru Rüfət Elçiyev deyib.

Direktor bildirib ki, bu layihə məhbus həyatı yaşamış qadınların reabilitasiyası, həyata qayıtması üçündür: "Əgər həbsdən azad olan qadınlar dekorativ tətbiqi xalq sənəti əşyalarının istehsalı ilə məşğul olarsa, biz satışına dəstək ola bilərik. Çünki elə insanlar iş tapmaqda müəyyən çətinliklərlə üzləşirlər".

Direktor qeyd edib ki, ABAD bir ildən artıqdır fəaliyyət göstərir və artıq 200-dən çox ABAD-çı var: "Bu göstərici günü-gündən artır. Biz satış mərkəzlərinin sayının artırılmasına çalışırıq. Hazırda Bakı şəhərində 3, regionlarda 2 mərkəzimiz fəaliyyət göstərir. 2018-ci ildə isə Şəkidə, İmişlidə və Bakıda Fairmont otelində yeni mərkəzlərimizin açılışı nəzərdə tutulur. Bu il həmçinin Şəkidə və Nardaranda Keramika və Tətbiqi sənət mərkəzlərimiz açılacaq".

Son xəbərlər

Orphus sistemi