Azərbaycanda hamilə və 2 yaşadək körpəsi olan qadınlar üçün təhsilhaqqının ləğv edilməsi təklif edilir

Azərbaycanda hamilə və 2 yaşadək körpəsi olan qadınlar üçün təhsilhaqqının ləğv edilməsi təklif edilir "Təklifin reallaşması həm də Prezidentin demoqrafik siyasətinə böyük dəstək olar"
Sosial müdafiə
19 sentyabr 2017 11:36
Azərbaycanda hamilə və 2 yaşadək körpəsi olan qadınlar üçün təhsilhaqqının ləğv edilməsi təklif edilir

Bakı. 19 sentyabr. REPORT.AZ/ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deputat Musa Quliyev Azərbaycanda hamilə və 2 yaşadək körpəsi olan qadınların ödənişsiz əsaslarla oxumasının təmin edilməsini təklif edib.

“Report” xəbər verir ki, o, çıxışında dünyanın bir çox ölkələrində belə qadınların pulsuz təhsil aldığını xatırladıb.

M.Quliyev qeyd edib ki, həmin qadınlar ödənişli əsaslarla universitetə qəbul olsalar da, onlara ödənişsiz qaydada oxumaq üçün imkan yaradılır: “Hesab edirəm ki, qadın tələbənin təhsil haqqı üçün gedib pul axtarması onun həm özünə, həm də bətnindəki körpəyə psixoloji təsir göstərir. Təklifin reallaşması həm də Prezidentin demoqrafik siyasətinə böyük dəstək olar. Hesab edirəm ki, 2 yaşadək uşağı olan, onlara süd verən analara bu güzəşt verilə bilər. Bunun bir statistikası aparıla bilər və müəyyənləşdirilər ki, onların sayı az, ya çoxdur”.

Son xəbərlər

Orphus sistemi