Azərbaycanda fevral ayında 1500-dək ailə sosial yardım almaq üçün müraciət edib

Azərbaycanda fevral ayında 1500-dək ailə sosial yardım almaq üçün müraciət edib "Tezliklə sosial yardımların müddəti bir ildən iki ilə qaldırılacaq"
Sosial müdafiə
24 Fevral , 2015 12:10
Azərbaycanda fevral ayında 1500-dək ailə sosial yardım almaq üçün müraciət edib

Bakı. 24 fevral. REPORT.AZ/ Bir müddət əvvəlki müraciətlərimizin nəticəsi olaraq tezliklə sosial yardımların müddəti bir ildən iki ilə qaldırılacaq. "Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümöv deyib.

“Report” xəbər verir ki, onun sözlərinə görə, təkcə bu ilin fevralı üçün 14800 ailə sosial yardım almaq üçün müraciət edib. Nazir deyib ki, yardım üçün müraciətləri elektronlaşdırdıqdan sonra bu sayın 230 minə qədər yüksələcəyi gözlənilir. Müraciət edənlərin bir çoxu əvvəlki illərdə sosial yardım alıb müddəti bitən və təkrar müraciət edənlərdir. Buna görə də, sosial yardımların verilmə müddəti 1 ildən 2 ilə qədər artırılacaq: "Bu halda müraciətlərin sayının ay ərzində 10 minə qədər enəcəyi planlaşdırılır, beləliklə elektron sistem də bu müraciətlərin hamısını tez müddətdə emal edə biləcək". 

Son xəbərlər

Orphus sistemi