Yuxarı

Azərbaycanda fərdi uçotun tətbiqi dairəsi genişləndirilib

DSMF-nin əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2 milyon 700 mindən çox istifadə sayı qeydə alınıb

Bakı. 2 fevral. REPORT.AZ/ Keçən il Dövlət Sosial Müdafiə Fondunun öz saytı, "Elektron hökumət" portalı və "Hökumət ödəniş portalı" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2 milyon 700 mindən çox istifadə sayı qeydə alınıb. Bu barədə "Report"a Fondun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. 

Ən çox müraciət olunan elektron xidmətlər sırasında sığortaolunanlara məlumatların verilməsi, sığortaedənin uçot nömrəsinin öyrənilməsi,məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənilməsi, məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi və digər xidmətlər yer alıb.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunan və sosial sığorta iştirakçılarının ən çox müraciət etdiyi elektron xidmətlərdən biri də "Sığortaolunanın onlayn uçota alınması" xidmətidir. Bu xidmət vasitəsi ilə hər bir sığortaedən öz ofisindən kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi imkanına malikdir. 

Xidmətin istifadəyə verilməsi sığortaolunanların uçotu prosesini sadələşdirməklə fərdi uçotun tətbiqi dairəsinin daha da genişləndirilməsinə şərait yaradıb. 2015-ci il ərzində "Sığortaolunanın onlayn uçota alınması" xidmətindən istifadə nəticəsində 126173 sığortaolunana fərdi şəxsi hesab açılaraq, sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilib. Bu xidmət sığortaedənlərlə Dövlət Sosial Müdafiə Fondunun orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaratmaqla sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi