Yuxarı

​Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir

Bakı. 16 mart. REPORT.AZ/ Cari il martın 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən fevral ayında əlavə olaraq 25 368 sığortaolunana fərdi şəxsi hesab açılıb. Bu barədə "Report"a DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Cari ilin əvvəli ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 1,43 faiz artıb. Beləliklə, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 019 103 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi (1 783 370 nəfər) kişi, 40,9 faizi (1 235 733 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,5 faizini (741 096 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 22,2 faizini (671 975 nəfər) 30 yaşa kimi olan şəxslər, 21 faizini (634 695 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,2 faizini (634 772 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,1 faizini (336 565 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi